"Qalatasaray" klubu üçün ağır itki
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray” klubu Avropa liqası matçı ərəfəsində ciddi itki ilə üzləşib.
“Sarı-qırmızılar”ın ulduz futbolçusu Viktor Osimhen zədə səbəbindən Latviyanın RFŞ kollektivinə qarşı oktyabrın 3-ü keçiriləcək görüşü buraxacaq.
“Kasımpaşa” ilə oyunda xəsarət alan nigeriyalı hücumçunun zədəsi ciddi görünməsə də, baş məşqçi Okan Buruk risk etməmək qərarına gəlib. Təcrübəli çalışdırıcı V.Osimhenin bərpa prosesini tezləşdirmək üçün ona avrokubok qarşılaşmasında istirahət vermək niyyətindədir. Plana əsasən, forvard superliqada “Alanyaspor”la matça qədər zədəsini tam sağaltmalıdır.
Qeyd edək ki, bu yay icarə əsasında “Qalatasaray”a qoşulan V.Osimhen bütün yarışlarda 4 görüşdə iştirak edib. 25 yaşlı futbolçu bu oyunlarda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
#Viktor Osimhen teqi istifadə olunub
- "Real Madrid"dən ulduz oyunçu üçün nə qədər pul tələb etdilər? - Baku TV
- Viktor Osimhen “Qalatasaray”ın texniki heyətini sevindirib | Yeni idman xəbərləri
- Viktor Osimhen "Napoli"də ona qarşı olan münasibətdən danışdı - Baku TV
- Osimhen və İkardi şou göstərdi
- "Qalatasaray" Osimhenin gedişinə razıdır | Almaniya klubundan şok təklif - Baku TV
