Pleyeri seçin:
"Qarabağ” Bafetimbi Qomisi heyətinə qatmağa yaxındır
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mövsümün sonunda “Qalatasaray”dan ayrılan Bafetimbi Qomis karyerasını ölkəmizdə davam etdirə bilər.
Mediada yayılan xəbərə əsasən, 37 yaşlı forvardın nümayəndələri “Qarabağ” klubuna B.Qomislə müqavilə imzalamağı təklif ediblər. Son məlumata görə, “köhlən atlar” fransalı hücumçunun dəvətində maraqlıdır.
Xatırladaq ki, Bafetimbi bu ilin martında “Qarabağ” və “Qalatasaray” arasında keçirilən yoldaşlıq matçında iştirak edib. Veteran oyunçu İstanbul təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşan görüşdə hesabı açmışdı.
Kopyalandı
