Pleyeri seçin:
"Qarabağ" "Braqa" ilə matçda qələbəni belə qeyd etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Liqasında 1/16 final mərhələsinin ilk matçında “Braqa”nı 4-2 hesabı ilə məğlub edən “Qarabağ” qələbəsini Portuqaliyada komandamızı dəstəkləyən soydaşlarımızla qeyd edib.
Qarşılaşma başa çatandan sonra futbolsevərlərin olduğu tribunaya yaxınlaşan oyunçular dəstək üçün onlara təşəkkür ediblər.
Qeyd edək ki, Braqa şəhərinin “Munisipal” stadionunda baş tutan qarşılaşmada “köhlən atlar”ın qollarını dubl edən Abdulla Zubirlə yanaşı, Marko Yankoviç və Juninyo vurub. “Braqa”dan isə Simon Banza və Joao Moutinyo qapını dəqiq nişan alıb.
Xatırladaq ki, bu komandalar arasında cavab matçı fevralın 22-si Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.
Kopyalandı
#UEFA Avropa liqası teqi istifadə olunub
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” Avropa Liqasında gücünü göstərdi | Mərakeş niyə Fransadan qisas ala bilmədi? - Baku TV
- Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi | Yeni idman xəbərləri
- Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV
- “Qarabağ”ın Avroliqadakı oyunları barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
