"Qarabağ"-"Qalatasaray" matçı “Haber Global” kanalında canlı yayımlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, ölkəmizdə də kifayət qədər böyük azarkeş ordusuna malik “Qalatasaray” klubu qardaşlıq görüşü çərçivəsində “Qarabağ”la üz-üzə gələcək.
Adətən bu cür qarşılaşmalar yoldaşlıq və ya yoxlama oyunu adlandırılsa da, həm Azərbaycanda, həm də Türkiyədə bu matçı məhz qardaşlıq görüşü adlandırırlar.
Belə ki, bu oyundan əldə olunacaq bütün gəlir qardaş ölkədə baş verən təbii fəlakətdən əziyyət çəkən insanlara yardım üçün yönəldiləcək. Belə desək, fevralın 6-sı baş verən zəlzələdən sonra dərhal hər cür yardımla Türkiyənin köməyinə gedən Azərbaycan bu dəfə də futbol matçı ilə qardaş ölkəyə yardım edəcək. Bununla da, Azərbaycan və Türkiyə qardaşlığı yaşıl meydanlarda da öz əksini tapacaq.
Martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək bu matçı futbolsevərlər həm stadionda, həm də televiziya ekranları qarşısında izləyə biləcəklər. Hər iki ölkənin mediası tərəfindən böyük maraqla gözlənilən qarşılaşma Türkiyənin “Haber Global” televiziya kanalı ilə Bakı vaxtı ilə saat 20:00-da, Türkiyə vaxtı ilə isə saat 19:00-da azarkeşlərə canlı yayımlanacaq.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
