"Qarabağ"ın baş məşqçisi sərmayədarlara niyə çağırış etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbolunun inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə iş adamlarına və potensial sərmayədarlara mühüm çağırış edib. Baku TV-nin süjetində Qurbanovun digər klublara investisiya qoyuluşunun vacibliyi barədə fikirləri yer alıb. Baş məşqçi bildirib ki, güclü çempionat və beynəlxalq arenada davamlı uğurlar üçün yalnız bir klubun deyil, bir neçə rəqabətədavamlı komandanın olması şərtdir. O, sərmayədarları idman sektoruna daha cəsarətlə daxil olmağa, infrastrukturun təkmilləşdirilməsinə və uşaq futboluna dəstək verməyə səsləyib. Qurban Qurbanovun fikrincə, maliyyə dəstəyi artarsa, Azərbaycan klubları Avrokuboklarda daha böyük uğurlara imza ata bilər. Süjetdə həmçinin bu çağırışın daxili liqanın səviyyəsinə göstərə biləcəyi müsbət təsirlər analiz olunur.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
