Pleyeri seçin:
"Qarabağ"ın Çempionlar Liqasında ilk oyunu baş tutub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubu UEFA Çempionlar liqasında ilk matçına çıxıb.
“Köhlən atlar” II təsnifat mərhələsi çərçivəsində Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gəlib.
“Viktoriya” stadionunda keçirilən görüşdə hesabı ağdamlılar açıb. İlk hissəyə əlavə olunan dəqiqələrdə Juninyo “qırmızı şeytanlar”ın qapısını dəqiq nişan alıb. “Qarabağ” fasiləyə minimal üstünlüklə yollanıb.
Ağdam təmsilçisi ikinci yarıda da üstünlüyü əldən verməyib. Görüşdə son nöqtəni Toral Bayramov qoyub. “Linkoln” – “Qarabağ”: 0-2.
Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 30-u Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
