"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Dünyanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edəcək "Qarabağ"ın da rəqibləri məlum olub.
Belə ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Çelsi", "Liverpul", "Benfika", "Ayntraxt", "Ayaks", "Napoli", "Atletik Bilbao", "Kopenhagen" klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son turun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək.
UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
