Pleyeri seçin:
"Qarabağ"ın liderlərindən biri klubla vidalaşmağa hazırlaşır
“Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Riçard Almeyda komandadan getməyə yaxındır.
Mediada yayılan məlumata görə, müqaviləsi yayadək olan futbolçu Ağdam klubu ilə yeni sözləşmə imzalamasa, ölkəmizdə qalmayacaq.
İddia olunur ki, Premyer liqanın digər klublarında oynamaq istəməyən Almeyda Braziliyaya gedəcək. O, bir mövsüm yerli komandalardan birində çıxış etdikdən sonra karyerasını başa vurmaq niyyətindədir.
Qeyd edək ki, ilk dəfə 2012-ci ildə “Qarabağ”a keçən Riçard müxtəlif fasilələrlə 348 matçda “köhlən atlar”ın şərəfini qoruyub. Bu müddət ərzində 60 qol vuran 35 yaşlı futbolçu Azərbaycan çempionatında və ölkə kubokunda qələbə qazanıb. 2017-2019-cu illərdə Azərbaycan millisinə də çağırılan Riçard 22 oyunda 3 qolun müəllifidir.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
