"Zirə" 2-ci turun matçında 2 qolla qələbə qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan çempionatında 2-ci turun mərkəzi görüşü “Sabah” və “Zirə” komandaları arasında olub.
Ölkəmizi Konfrans liqasında təmsil edən klubların matçında fasiləyədək qol olmayıb.
Oyunda hesabı “qartallar” açıblar. 50-ci dəqiqədə Rafael Utziq “Zirə”yə üstünlük qazandırıb. Çox keçmədən “bayquşlar” qarşılaşmaya 2-ci dəfə mərkəzdən başlamalı olublar. Bu dəfə Salifu Suma hədəfi dəqiq nişan alıb.
Qalan vaxtda “Sabah” vəziyyəti xilas etməyə çalışsa da, səyləri nəticə verməyib. Görüş “Zirə”nin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, baş məşqçi Rəşad Sadıqovun futbolçuları ardıcıl 2-ci oyunu qalib tamamlayıblar.
Qeyd edək ki, “qartallar” Premyer liqanın 3-cü turunda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Sabah” isə “Neftçi”nin qonağı olacaq.
#Sabah FK teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
- Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin əhəmiyyətini vurğulayıb
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
