Qurban Qurbanov “Beşiktaş”a keçidi ilə bağlı açıqlama verib
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın çalışdırıcısı postuna əsas namizədlər arasında yer almasına münasibət bildirib.
52 yaşlı mütəxəssis Premyer Liqanın 31-ci turunda "Qəbələ"yə qarşı oyundan sonra məsələ ilə bağlı açıqlama verib.
"Bu barədə çox fikir bildirmək istəmirəm. 2 aydır söz-söhbətlər çoxdur. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir", – deyə o bildirib.
Qeyd edək ki, cari mövsüm Super Liqada qeyri-sabit nəticələrlə yadda qalan və bir müddət öncə portuqaliyalı məşqçi Fernandu Santuşla yollarını ayıran “Beşiktaş”ın əsas hədəfi Qurban Qurbanovdur. Azərbaycanlı mütəxəssis mətbuat konfranslarında “Qarabağ”dan ayrılmaq istəmədiyini bildirsə də, İstanbul təmsilçisinin idarəçiləri mövsümün sonunda ona təklif göndərməyi planlaşdırır.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
