Pleyeri seçin:

Qvardiola dünya nəhəngi ilə danışıqlar aparır

06 may 2024 483 baxış

Dünyaca məşhur mütəxəssis Xosep Qvardiola yenidən “Bavariya”nın sükanı arxasına keçə bilər.

Almaniya mətbuatında yayılan məlumata görə, hazırkı baş məşqçi Tomas Tuxellə vidalaşmağa qərar verən rəhbərlik ispaniyalı çalışdırıcını komandaya qaytarmaq niyyətindədir. Bildirilib ki, münhenlilər hazırda Xoseplə danışıqlar aparır.

Qeyd edək ki, daha əvvəl mediada X.Qvardiolanın 2025-ci ilin yayında “Mançester Siti”dən ayrılacağı bildirilirdi. Bundan başqa, təcrübəli mütəxəssisin “Barselona”nın da maraq dairəsində olduğu vurğulanır.

Xatırladaq ki, Xosep Qvardiola daha əvvəl 2013-2016-cı illərdə “Bavariya”nı çalışdırıb. “Rekordmayster”lə 3 dəfə Bundesliqanı qazanan mütəxəssis ölkə Kuboku və Super Kubokunda, eləcə də klublararası dünya çempionatında qalib gəlib.

Əlavə edək ki, “Bavariya” X.Qvardiola ilə yanaşı, Yulian Nagelsman, Ralf Ranqnik, Zinəddin Zidan və Xabi Alonsonun namizədliyini nəzərdən keçirsə də, bu məşqçilərdən rədd cavabı alıb.  

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 483 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 483 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 483 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 483 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 483 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 483 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 483 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 483 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 483 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 483 baxış
Seçilmişlər
icon