“Real” Arda Güleri transfer etməyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Avropanın ən istedadlı futbolçuları arasında göstərilən Arda Gülər “Real Madrid”in maraq dairəsindədir.
İspaniya mətbuatının məlumatına əsasən, “kral klubu” Ardanı transfer etdikdən sonra onu bir mövsüm “Fənərbağça”da saxlamaq niyyətindədir.
Bildirilir ki, “Golden Boy” mükafatına da namizəd olan 18 yaşlı yarımmüdafiəçi "Milan", "Barselona", PSJ və İngiltərə klublarının da diqqət mərkəzindədir. Son xəbərlərə əsasən, “Milan” Güləri "Real"a qayıdan Braim Diazın yerinə komandaya gətirməyi planlaşdırır.
Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Arda 2021-ci ildən “Fənərbağça”da çıxış edir. Bu müddət ərzində 52 oyunda 9 qol vuran gənc futbolçu ötən mövsüm İstanbul təmsilçisi ilə ölkə kubokunun qalibi olub. Türkiyə millisinin də üzvü olan Arda Gülər 4 oyun keçirib və 1 qolla yadda qalıb.
#Arda Güler teqi istifadə olunub
- "Barselona" Yamalın istəyini yerinə yetirəcək? | Yeni idman xəbərləri - Baku TV
- “Real”ın 2 futbolçusu “Çelsi”yə gedə bilər? - Yeni idman xəbərləri - Baku TV
- Arda Gülərdən “Real Madrid”də inanılmaz performans | Yeni idman xəbərləri
- Pike DÇ-2026 ilə bağlı proqnozunu açıqladı | Yeni idman xəbərləri - Baku TV
- Viktor Osimhen “Qalatasaray”ın texniki heyətini sevindirib | Yeni idman xəbərləri
