Pleyeri seçin:
“Real” hücum xəttini ulduz futbolçu ilə gücləndirəcək
“Tottenhem”in lideri, müqaviləsi 2024-cü ilədək nəzərdə tutulan Harri Keyn “Real Madrid”ə keçməyə yaxındır. 29 yaşlı oyunçu “los blankos”un mərkəz hücumçu mövqeyi üçün əsas hədəfidir.
Son xəbərlərə görə, “kral klubu” transferin reallaşması üçün “mahmızlar”a 80 milyon avro ödəmək niyyətindədir. Hazırda maliyyə problemləri yaşayan və H.Keyni İngiltərə komandalarına satmaq istəməyən “Tottenhem” isə keçiddən 100 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan H.Keyn klub tarixinin ən sərrast oyunçusudur. Bütün turnirlərdə 435 oyunda 280 qol vuran forvard bununla belə londonlularla heç bir yarışın qalibi olmayıb.
Kopyalandı
#Harri Keyn teqi istifadə olunub
- 2025-ci ildə ən çox qol vuran futbolçular müəyyənləşib
- “Barselona” “Bayern Münhen”in hücumçusu Harri Keynlə maraqlanır
- Harri Keyn Avropa millilərində ən çox qol vuran 5-ci futbolçu olub
- "Tottenhem" azarkeşlərinin çoxu Harrini yenidən burada görmək istəyirlər" | Tomas Frank
- "Barselona"nın futbolçusu 50 milyon avroya PSJ-yə keçdi
