“Real Madrid” daha bir futbol ulduzu ilə razılaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yay transfer pəncərəsində heyətində əsaslı dəyişiklər etməyi planlaşdıran “Real Madrid”in yeni hədəfi məlum olub.
PSJ-nin ulduzu Kilian Mbappe ilə razılıq əldə edən “los blankos” “Bavariya”nın üzvü Alfonso Devisi də komandaya gətirməyə yaxındır.
İddia olunur ki, münhenlilərlə müqaviləsi 2025-ci ilədək olan Devis sözləşməsini uzatmaq niyyətində deyil. Bu səbəbdən “Real” Almaniya nəhənginə təqribən 30 milyon avro təklif etməklə transferi tamamlamaq istəyir. “Bavariya”nın bundan imtina edəcəyi təqdirdə isə Madrid təmsilçisi Alfonsonu gələn il azad agent kimi heyətinə qatacaq.
Qeyd edək ki, 2018-ci ildən “Bavariya”da çıxış edən Alfonso Devis bu müddət ərzində 5 dəfə Bundesliqa çempionu olmaqla yanaşı, Almaniya kuboku, Çempionlar liqası, UEFA superkuboku və klublararası dünya çempionatında qalib gəlib.
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
