“Real Madrid” və “Mançester Siti” növbəti dəfə qarşı-qarşıya
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 9-u UEFA Çempionlar liqasında yarımfinalın ilk görüşü keçiriləcək. Yarışın son qalibi “Real Madrid” “Mançester Siti”ni qəbul edəcək.
Qarşılaşma ərəfəsində əla formada olan “şəhərlilər” bütün turnirlərdə ardıcıl 5 matçda qələbə qazanmaqla yanaşı, 20 oyundur məğlub olmurlar. “Real” isə son görüşlərdə qeyri-sabit nəticələrlə diqqət çəkir. Bir neçə gün əvvəl ölkə kubokuna yiyələnən “los blankos” son 5 oyunda 3 dəfə qalib gəlib, 2 dəfə isə uduzub.
Qarşılaşmada iştirak etməyən futbolçulara gəldikdə – “Mançester Siti”də Natan Ake zədə, “Real”da isə Eder Militao vərəqə limitini keçməsi səbəbi ilə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Santyaqo Bernabeu” arenasında keçiriləcək “Real Madrid” - “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı Artur Diaşın rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
