“Robertdən maksimum istifadə etməliyik” | Anna Levandovska
Robert Levandovskinin həyat yoldaşı Anna Levandovska hücumçunun bu mövsümün sonunda “Barselona”dan ayrılacağı ehtimalını istisna etməyib.
A.Levandovska Robertin böyük futboldakı sonunun yaxınlaşdığını bildirib.
“Ümid edirəm ki, insanlar onun haqqında uzun müddət danışacaqlar və gələcək nəsillər onu unutmayacaqlar, çünki Robert böyük işlər görüb və mən yalnız onunla inanılmaz dərəcədə qürur duyduğumu deyə bilərəm. Bunun onun üçün nə qədər vacib olduğunu bilirəm və onun karyerası hələ bitməyib, baxmayaraq ki, sonu yaxınlaşır. Düşüncələr, emosiyalar, suallar var: “Bundan sonra nə olacaq?”. Amma bu, idmançının, xüsusən də böyük idmançının yoludur.
Görək, “Barselona”dakı bu mövsüm necə keçəcək? Çünki, belə deyək, yəqin bu, ərimin (klubdakı) son mövsümüdür və ondan maksimum istifadə etməliyik, bütün suyunu sıxıb çıxarmalıyıq. Gəlin hər anın, hər matçın, azarkeşlərlə hər görüşün dadını çıxaraq, çünki nə vaxtsa onlar artıq olmayacaqlar” – deyə o, verdiyi müsahibədə bildirib.
#Barselona FK teqi istifadə olunub
- “Qalatasaray” - “Barselona” oyunu futbol tarixinə necə düşdü? - Yeni idman xəbərləri - Baku TV
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- İspaniya nəhəngi "Çelsi"nin oyunçusunu transfer etmək istəyir
- Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri
- Rafinyanın “Barselona”dakı gələcəyi müəyyənləşdi
