Ronaldo İspaniyada çıxış edən tanınmış klubun ortaq sahibi ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İspaniya ikinci divizionunda çıxış edən "Almeriya" klubunun ortaq sahibi ola bilər.
40 yaşlı futbolçu “Əl-Nəsr”ə keçidində böyük rolu olan klubun sahibi, “SMC Group” investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxşı münasibətdədir. Portuqaliyalı ulduz elə həmin şirkətdə pay almaq imkanını nəzərdən keçirir.
Sequndanın cari mövsümünün XXIX turundan sonra "Almeriya" 62 xalla altıncı pillədə qərarlaşıb. K.Ronaldonun komandası ilə hazırkı müqaviləsinin müddəti 2024 və 2025-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı oyunçu klubun 5 %-lik səhminin sahibi olacaq.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
