Ronaldo: "Barselona”ya qol vurmaqdan həzz alırdım
Yeniliklərdən dərhal xəbərdar olun
Karyerasında ən böyük uğurları “Real Madrid”lə qazanan Kriştiano Ronaldo “kral klubu”na qayıda biləcəyini bildirib.
İspaniyalı jurnalist Eduardo Agirreyə müsahibə verən portuqaliyalı ulduz “Ola bilsin ki, karyeramın sonlarında nəsə baş verdi. “Real”ı sevirəm və oradakı dövrüm mənim ən xoşbəxt illərim idi” deyib.
Kriştiano “Qızıl top” mükafatının qalmaqalla əlamətdar olan son təqdimetmə mərasimindən də danışıb. 39 yaşlı hücumçu “Qızıl top”un əvvəlki dəyərini itirdiyini, bununla belə Vinisiusun bu mükafata layiq olduğunu vurğulayıb.
“Real”ın digər ulduzu Bellingem haqqında danışan Ronaldo Cudun ona Zidanı xatırlatdığını bildirib.
Kriştiano İspaniya nəhəngindən ayrılmasından da bəhs edib. Həmin vaxt klubun prezidenti Florentino Peresin ona qarşı yaxşı münasibət göstərmədiyini deyən veteran futbolçu funksionerin həmişə belə davrandığını, amma yenə də ona hörmət bəslədiyini deyib.
Ronaldo Peresin son anda onu klubda saxlamağa çalışdığını, lakin artıq “Yuventus”a söz verdiyi üçün Florentinonun təklifini geri çevirdiyini bildirib.
Ronaldo “Barselona” ilə oyunları da xatırlayıb. “Real”ın “Santyaqo Bernabeu” arenası ilə müqayisədə “Barselona”nın stadionunda qol vurmaqdan daha çox həzz aldığını qeyd edən Kriştiano “Kamp Nou”da artıq isinmə hərəkətləri zamanı azarkeşlər səni fitə basır –futbolu məhz buna görə sevirəm!”, deyərək “blauqrana” ilə matçlardan danışıb.
Müsahibənin davamında Ronaldo hər iki ayaqla, başla, eləcə də cərimə zərbələrindən qollar vurduğu üçün özünü futbol tarixinin ən mükəmməl oyunçusu hesab etdiyini vurğulayıb.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
