Ronaldo və Corcina məhkəməyə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges məhkəməyə müraciət ediblər.
Belə ki, son vaxtlar mediada cütlük arasında ciddi problemlər yarandığı, bu səbəbdən onların ayrılmağa qərar verdikləri ilə bağlı iddialar yer alıb. Hətta K.Ronaldo və Corcinanın xüsusi müqavilə imzaladığı və onların ayrılacağı təqdirdə futbolçunun C.Rodrigesə hər ay 100 min avro ödəyəcəyi ilə bağlı xəbərlər paylaşılır.
Belə məzmunlu xəbərlərdən təngə gələn cütlük bu məlumatları yerləşdirən KİV və jurnalistləri məhkəməyə verməyə hazırlaşır. Onlar artıq bu məsələ ilə əlaqədar hüquqşünaslarla da görüş keçiriblər.
Qeyd edək ki, 2016-cı ildən birlikdə olan Kriştiano və Corcinanın Alana Martina və Bella Emeralda adlı iki qızı var. Ümumən isə portuqaliyalı ulduz 5 övlad atasıdır.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
