Pleyeri seçin:

Ronaldonun klubu "Real"ın ulduzuna 100 milyon təklif edir

12 iyun 2024 346 baxış

Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr” klubu daha bir ulduz futbolçunu heyətə qatmaq istəyir.

Səudiyyə Ərəbistanı təmsilçisi “Real”ın müdafiəçisi Antonio Rüdigerə fantastik təklif göndərib.

İspaniya mətbuatı iddia edir ki, “Əl-Nəsr” 31 yaşlı oyunçuya 4 il ərzində 100 milyon avro ödəməyə hazırdır. Lakin A.Rüdiger bu təklifi qəbul etməyi planlaşdırmır. Təcrübəli müdafiəçi özünü “Real”da xoşbəxt hiss etdiyi üçün komandadan getmək istəmir.

Qeyd edək ki, Antonio 2022-ci ilin yayından “los blankos”un formasını geyinir. “Kral klubu”nun heyətində ümumən 101 görüşə çıxan A.Rüdiger geridə qalan mövsümdə kollektivin uğurlarında vacib pay sahibi olub. “Mançester Siti” ilə matçda penaltini dəqiq yerinə yetirən futbolçu “Real”ın Çempionlar Liqasını qazanmasında vacib rol oynayıb.

Bundan başqa, Antonio Madrid təmsilçisi ilə İspaniya çempionatı, Kuboku və Super Kuboku, UEFA Super Kuboku və klublararası dünya çempionatında qalib gəlib.  

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 346 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 346 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 346 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 346 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 346 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 346 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 346 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 346 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 346 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 346 baxış
Seçilmişlər
icon