Pleyeri seçin:
Rövşən Nəcəf millimizin baş məşqçisi Fernandu Santuşla görüşüb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA prezidenti Rövşən Nəcəf millimizin yeni baş məşqçisi Fernandu Santuşla görüşüb.
Qurumdan verilən rəsmi məlumata görə, görüş zamanı yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətə davamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Eyni zamanda Azərbaycan futbolunun inkişafına dair planlar, habelə uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 69 yaşlı Fernandu Santuş iyunun 12-si Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Sözləşmənin şərtlərinə əsasən, əməkdaşlığın müddəti daha 1 illik uzadıla bilər.
Kopyalandı
#Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) teqi istifadə olunub
- AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV
- UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu
- AFFA prezidenti "Sabah"ı təbrik edib - Baku TV
- AFFA İntizam Komitəsi Riad Rəfiyev və Saşa İliçi sərt cəzalandırdı | Yeni idman xəbərləri - Baku TV
- AFFA İntizam Komitəsindən sərt qərarlar | Yeni idman xəbərləri - Baku TV
