Ruslan Abışov vida matçını "Neftçi" forması ilə keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi”nin sabiq üzvü Ruslan Abışov “ağ-qaralar”ın forması ilə vida görüşünü keçirəcək.
Bununla əlaqədar klubun sosial media hesablarında paylaşım edilib. 36 yaşlı müdafiəçi Bakıda təşkil olunacaq “Neftçi” və “Zenit” arasında yoldaşlıq oyununda meydana çıxacaq.
Qeyd edək ki, Ruslan Abışov karyerası ərzində “Neftçi” ilə yanaşı, ölkəmizin “Xəzər-Lənkəran”, “Qəbələ”, “İnter” və “Sabah” kollektivlərində top qovub. Son olaraq “Zirə”nin formasını geyinən Ruslan bir müddət Rusiyanın Rubin klubunda da çıxış edib. Ümumən karyerası ərzində 285 matçda iştirak edən Abışov 26 qolla yadda qalıb.
Onun ən böyük uğurları isə “Neftçi” ilə bağlıdır. 2012-ci ildə ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülən müdafiəçi “ağ-qaralar”la 2 dəfə ölkə çempionatının qızıl medallarına yiyələnib. 2009-2018-ci illərdə Azərbaycan millisinə də çağırılan Abışov yığma forması ilə 56 oyunda 4 qol vurub.
