“Sabah” və “Zirə”nin Konfrans Liqasında növbəti sınağı
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans liqasında mübarizə aparan “Sabah” və “Zirə” klubları bu gün yarışda növbəti oyunlarına çıxacaqlar.
II təsnifat mərhələsinin ilk matçında İsrailin “Makkabi Hayfa” komandasına 3-0 hesabı ilə qalib gələn “bayquşlar” bu dəfə rəqibi doğma meydanda qəbul edəcək.
Start fiti saat 20-də veriləcək görüşün baş hakimi slovakiyalı Peter Kraloviç olacaq. Təmsilçimiz bu mübarizədə güclü olacağı təqdirdə növbəti raundda İrlandiyanın “Sent-Patriks” və Lixtenşteynin “Vaduts” klubları arasında oyunlarda güclü olan tərəflə üz-üzə gələcək.
Bu turnirdə çıxış edən digər klubumuz “Zirə” isə II təsnifat mərhələsinin cavab oyununda səfərdə Slovakiyanın “DAK 1904” kollektivi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq matçda ədaləti Şimali Makedoniyadan olan hakim Yovan Kaçevski qoruyacaq.
#Sabah FK teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
- Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin əhəmiyyətini vurğulayıb
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
