Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatını keçirməyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə 2034-cü il dünya çempionatı Səudiyyə Ərəbistanında keçirilə bilər.
Bildirilir ki, mundialı təşkil etməyə Avstraliya namizədliyini geri çəkdiyi üçün yeganə ölkə olaraq Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək niyyətindədir. Bununla əlaqədar yekun qərarı FİFA gələn ilin sonlarında baş tutacaq konqresində açıqlayacaq.
Qeyd edək ki, 2026-cı il mundialı ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Bu yarışda ilk dəfə olaraq 32 deyil, 48 ölkə mübarizə aparacaq. 2030-cu il mundialı isə 3 qitədə və 6 ölkədə keçiriləcək. Əsas görüşlər Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. Daha 3 görüş dünya çempionatının 100 illiyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
