Səudiyyə Ərəbistanından olan investorlar İtaliya klubunu alır
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanından olan investorlar daha bir məşhur futbol klubunu almaq niyyətindədir.
Xarici mediada yayılan məlumata görə, bu ölkədən olan iş adamları tezliklə “Roma” komandasının yeni sahibləri ola bilər. Bilidirilib ki, məsələ ilə bağlı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüş də baş tutub.
Son xəbərlərə görə, investorlar “Roma” klubunun səhmlərinin 100 faizini əldə etməyi planlaşdırır.
Qeyd edək ki, hazırda “Roma” kollektivinin prezidenti amerikalı iş adamı Tomas Den Fridkindir. Onun adını daşıyan şirkət 2020-ci ildən klubun sahibidir.
Xatırladaq ki, 1927-ci ildə təsis edilən “Roma” komandası A Seriyasının 3 qat qalibidir. Müxtəlif vaxtlarda 9 dəfə İtaliya Kubokuna yiyələnən “canavarlar” 2022-ci ildə Joze Mourinyonun rəhbərliyi ilə Konfrans Liqasında qalib gəliblər.
#İtaliya teqi istifadə olunub
- İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI
- Köhnə qitə niyə xaosa sürüklənir? | Avropada nə baş verir? - Baku TV
- Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər
