Sevgilisindən Kriştiano Ronaldoya fantastik hədiyyə
Yeniliklərdən dərhal xəbərdar olun
Kriştiano Ronaldonun xanımı Corcina Rodriqez şəxsi “Instagram” hesabında paylaşım edib. Milad bayramı ilə əlaqədar hazırlanan süfrənin nümayişindən sonra ailə hədiyyələri açmağa başlayıb. Videonun ən maraqlı hissəsi Corcinanın Ronaldoya hədiyyə etdiyi "Rolls Royce" markalı lüks avtomobillə bağlıdır. 370 min dollar dəyərində olan maşını görən Kriştiano sevincini gizlədə bilməyib.
Sosial şəbəkə hesabında avtomobilin şəklini paylaşan Ronaldo "Təşəkkür edirəm, sevgilim" sözlərini yazıb.
Xatırladaq ki, 37 yaşlı Kriştiano hazırda klubsuzdur. O, Qətərdəki mundial ərəfəsində “Mançester Yunayted”lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. KİV-də yayılan son məlumata əsasən, veteran hücumçu Səudiyyə Ərəbistanı klubu “Əl Nəsr”lə 250 milyon avro dəyərində sözləşməyə qol çəkməyə yaxındır.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
