Şuşa klubundan Çellenc kubokunda ilk qələbə
Yeniliklərdən dərhal xəbərdar olun
Voleybol üzrə Çellenc kubokunda 1/32 final mərhələsinin növbəti oyunları keçirilib.
Ölkəmizi bu yarışda təmsil edən “Xarı Bülbül” klubu Bakıda Slovakiyanın “Spartak” kollektivi ilə üz-üzə gəlib.
Voleybol mərkəzində baş tutan oyunun startından Şuşa təmsilçisi daha yaxşı təsir bağışlayıb. Təşəbbüsə yiyələnən meydan sahibləri ilk seti 25-23 hesabı ilə öndə tamamlayıblar.
2-ci hissədə “Xarı Bülbül” üstünlüyünü bir qədər də möhkəmləndirib. Komandamız bu dəfə 25-21 hesabı ilə güclü olub. 3-cü set də voleybolçularımızın xeyirinə yekunlaşıb. Kollektivimiz bu dəfə 27-25 hesabı ilə qalib gəlib.
Beləliklə, qarşılaşmada ümumən 3-0 hesablı qələbə qazanan “Xarı Bülbül” cavab oyunundan əvvəl üstünlük əldə edib.
Qeyd edək ki, tərəflər arasında 2-ci görüş oktyabrın 26-sı yenə Bakıda keçiriləcək.
