Türkiyə yığması seçmə mərhələnin qrupunda birinci olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisi AVRO-2024-ün seçmə mərhələsini qrup lideri kimi tamamlayıb.
Son matçda Uels yığmasının qonağı olan “ay-ulduzlular” 7-ci dəqiqədə Neko Vilyamsın qolundan sonra hesabda geriyə düşsələr də, 2-ci yarıda tarazlığı bərpa ediblər. Penaltini dəqiq yerinə yetirən Yusuf Yazıcı yekun nəticəni müəyyənləşdirib. Uels – Türkiyə: 1-1.
D qrupunun digər görüşündə Xorvatiya millisi Ermənistan seçməsinə qalib gəlib. Matçda yeganə qolu 43-cü dəqiqədə Ante Budimir vurub. Qələbə sayəsində xallarının sayını 16-ya çatdıran Xorvatiya yığması Türkiyə komandasından 1 xal geri qalaraq 2-ci yeri tutub. Ermənistan isə 8 xalla 4-cü olub.
Gecənin gözlənilməz nəticələrindən biri Yunanıstan və Fransa kollektivlərinin qarşılaşmasında qeydə alınıb. 4 qolun vurulduğu görüşdə meydan sahiblərindən Anastasios Bakasetas və Fotis İannidis, qonaqlardan isə Randal Kolo Muani və Yusuf Fofananın zərbələri dəqiq olub. Yunanıstan – Fransa: 2-2.
B qrupunun digər oyununda ötən turda Fransaya 0-14 hesabı ilə uduzan Cəbəllütariq futbolçuları bu dəfə Niderlandla bacarmayıblar. “Narıncılar”ın 6-0 hesabı ilə qalib gəldikləri görüşdə komandanın qollarını het-trik edən Kelvin Stenqslə yanaşı, Mats Viffer, Tön Kopmeyners və Kodi Qakpo vurub.
Xallarının sayını 18-ə çatdıran Niderland millisi Fransa yığmasının ardından B qrupunu 2-ci pillədə başa vurub. Hər iki komanda AVRO-2024-ün final mərhələsinə vəsiqəni təmin edib.
#Futbol xəbərləri teqi istifadə olunub
- Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV
- “Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri
- Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər
- Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV
- Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV
