Türkiyədəki zəlzələdə həlak olan idmançılar
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı həyatını itirənlərin sayı hər gün daha da artır. Vəfat edənlər arasında tanınmış idmançılar da var.
Belə ki, "Kahramanmaraş İstiklalspor"da çıxış edən 23 yaşlı oyunçu Saruhan Bolat, Hakan Doğan və Taner Kahriman dünyasını dəyişib. Eyni zamanda "İskenderunspor"un məşqçisi Halil İbrahim Ölmez, "Yeni Malatyaspor"un 28 yaşlı qapıçısı Ahmet Eyüp Türkaslan, Şanlıurfa təmsilçisi "Gənclikspor"un məşqçisi Mustafa Abak və "İskenderunspor"un gənc futbolçusu Burak Duraltı bu siyahıdadır.
Ölənlər arasında futbolçularla yanaşı, voleybolçular da var. Onlar Malatya Böyükşəhər Bələdiyyəsində çıxış edən Mehmet Can Ağırbaş, Emincan Kocabaş, Murat Çiloğulları və "Merinos" voleybol klubunun 27 yaşlı üzvü Betül Çoban Çakırla həyat yoldaşı Bedrettin Çakırdır.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
