Pleyeri seçin:

UEFA Çempionlar liqasında 1/8 finala yekun vurulub

13 mart 2025 450 baxış

UEFA Çempionlar liqasında 1/8 final mərhələsinə yekun vurulub.

1/4 finalın ilk matçında “Atletiko”ya 2-1 hesabı ilə qalib gələn “Real” cavab oyununun 1-ci dəqiqəsində Qallaxerin qolundan sonra geriyə düşüb.

70-ci dəqiqədə “los blankos” penalti qazansa da, Vinisiusun zərbəsindən sonra top qapının üzərindən keçib.

Əsas və əlavə vaxtın ümumi hesabı 2-2 olduğundan 11 metrlik zərbələr yerinə yetirilib. Burada isə “Real” futbolçuları daha dəqiq olduğundan “kral klubu” 1/4 finala adlayıb.

Madrid nəhənginin növbəti rəqibi “Arsenal” olacaq. Niderlanddakı 1-ci görüşdə PSV-ni 7-1 hesabı ilə darmadağın edən “topçular” Londonda sülhə razılaşıb. “Arsenal”ın heyətində Oleksandr Zinçenko və Deklan Rays, eyndhovenlilərdən isə İvan Perişiç və Kouxaib Drioş fərqləniblər.

Beləliklə, İngiltərə komandası iki oyunun yekununda 9-3 hesabı ilə güclü olub.

Belçikada baş tutan qarşılaşmada “Brügge”ni 3-1 hesabı ilə məğlub edən “Aston Villa” cavab görüşündə də inamlı qələbə qazanıb. 3-0 hesabı ilə bitən matçda dubl edən Marko Asensio ilə yanaşı, İen Matsenin zərbəsi dəqiq olub. Baş məşqçi Unai Emerinin kollektivi növbəti raundda PSJ ilə üz-üzə gələcək.

“Borussiya” da yarışda yoluna davam edir. “Siqnal İduna Park”da “Lill”lə sülhə razılaşan “sarı-qaralar” cavab oyununda 2-1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra Dortmund təmsilçisi 1/4 finalda “Barselona”ya rəqib olub.

Qeyd edək ki, növbəti mərhələnin ilk matçları aprelin 8-i və 9-da, cavab görüşləri isə aprelin 15-i və 16-da təşkil olunacaq.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 450 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 450 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 450 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 450 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 450 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 450 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 450 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 450 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 450 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 450 baxış
Seçilmişlər
icon