UEFA “Elfsborq” - “Qarabağ” matçı ilə bağlı qərar verdi
“Qarabağ” komandasının Avropa liqasında İsveçin “Elfsborq” klubuna qarşı keçirəcəyi matçın hakimləri açıqlanıb.
Liqa mərhələsinin 6-cı turu çərçivəsində baş tutacaq görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi FIFA referisi Antonio Nobre olacaq. Ona Pedro Ribeyro və Nelson Pereyra köməklik göstərəcəklər.
Dekabrın 12-si Buros şəhərindəki eyni adlı arenada keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:55-də başlayacaq.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl Liqa mərhələsi çərçivəsində İngiltərənin “Tottenhem”, İsveçin “Malmö”, Niderlandın “Ayaks”, Norveçin “Budyo Qlimt” və Fransanın “Lion” klubları ilə üz-üzə gəlib. Bu matçların 4-də uduzan və yalnız “Budyo Qlimt” üzərində qələbə qazanan “köhlən atlar” hazırda yarış cədvəlində 32-ci yerdədir. Komandamızın rəqibi “Elfsborq” isə 4 xalla 28-ci pillədə qərarlaşıb.
#Qarabağ FK teqi istifadə olunub
- "Qarabağ"ın heç-heçəsi Azərbaycana nə qazandırdı? | UEFA reytinqi | Yeni idman xəbərləri - Baku TV
- Azərbaycan klubları avrokuboklarda növbəti oyunlarını keçirdi
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV
- DÇ-də gözlənilməz anlar: İspaniya Fransaya aman vermədi | Yeni idman xəbərləri - Baku TV
- Makqreqor uduzduğu döyüşdən yüksək qazanc əldə etdi | Yeni idman xəbərləri - Baku TV
