Pleyeri seçin:

UEFA Super kuboku “Mançester Siti” - “Sevilya” matçı

17 avqust 2023 421 baxış

Çempionlar liqasının son qalibi “Mançester Siti” klubu UEFA Super kubokunun sahibi olub.

Baş məşqçi Xosep Quardiolanın futbolçuları mükafat uğrunda matçda Avropa liqasının qalibi “Sevilya” ilə üz-üzə gəliblər.

Yunanıstanın Pirey şəhərinin “Georgios Karaiskakis” stadionunda keçirilən görüşdə hesabı İspaniya təmsilçisi açıb. 25-ci dəqiqədə Yusuf En-Nesiri “roxiblankos”u irəli çıxarıb. İlk hissə “Sevilya”nın minimal üstünlüyü ilə yekunlaşıb.

Fasilədən sonra hücumlarını sürətləndirən “Siti” 63-cü dəqiqədə Koul Palmerin qolu ilə tarazlığı bərpa edib. 1-1.

Qalan vaxtda hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Burada isə “şəhərlilər” 11 metrlik zərbələri daha dəqiq yerinə yetiriblər. Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə UEFA Super kubokunda qələbə qazanıb.

Komandanın baş məşqçisi Xosep Quardiola isə unikal nailiyyətə imza atıb. Daha əvvəl “Barselona” və “Bavariya” ilə mükafata yiyələnən Quardiola 3 fərqli klubla bu uğura imza atan ilk mütəxəssis olub.

Banner
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 421 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 421 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 421 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 421 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 421 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 421 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 421 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 421 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 421 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 421 baxış
Seçilmişlər
icon