UFC "Şöhrət Zalı"nın üzvü dünyasını dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı MMA döyüşçüsü, UFC “Şöhrət Zalı”nın üzvü Stefan Bonnar 45 yaşında vəfat edib.
Xarici KİV-də yayılan xəbərlərə görə, veteran idmançı ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib. Bununla əlaqədar UFC-nin rəsmi tvitter hesabında da paylaşım edilib.
Qeyd edək ki, Stefan Bonnar MMA karyerasına 2001-ci ildə başlayıb. İlk döyüşündə Brayan Ebersolu məğlub edən Bonnar sonradan müxtəlif təşkilatlarda qüvvəsini sınayıb. Əsasən UFC-dəki çıxışlarına görə tanınan Stefan burada ilk görüşünü 2005-ci ildə Sem Xogerə qarşı keçirib və qalib gəlib. Müxtəlif vaxtlarda ən güclü MMA ustaları arasında yer alan Bonnar ümumən qarışıq döyüş turnirlərində 24 görüşdə qüvvəsini sınayıb. 3-ü nokautla olmaqla 15 dəfə qələbə qazanan amerikalı idmançı 9 dəfə oktaqonu məğlub tərk edib.
#UFC teqi istifadə olunub
- Fərman Həsənov UFC-də debüt edəcək | Yeni idman xəbərləri
- Şon Striklenddən böyük qələbə | UFC-də gecənin sürprizi - Baku TV
- Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - Baku TV
- Qazaxıstanlı idmançı 2-ci dəfə dopinq testinə cəlb olunub
- Rafael Fiziyevin rəqibi dini inancına görə 8,6 milyon dollarlıq təklifdən imtina etdi
