Pleyeri seçin:
Ulduz futbolçu məşhur klubla yollarını ayırdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Geridə qalan Amerika kubokunda Kolumbiya yığmasının heyətində parlaq çıxışı ilə diqqət çəkən və yarışın ən yaxşı futbolçusu adını qazanan Xames Rodriges klubsuz qalıb.
Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, 33 yaşlı yarımmüdafiəçi “San-Paulu” ilə müqaviləsinə xitam verməyə qərar verib. Nəticədə Braziliya təmsilçisindən ayrılan Xames artıq digər kollektivlərin təkliflərini nəzərdən keçirir.
Qeyd edək ki, Amerika kubokunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalan X.Rodriges son klubu “San-Paulu”da ötən ilin yayından çıxış edirdi. Bu komanda ilə Braziliya kubokunu qazanan təcrübəli oyunçu 2 qol və 4 assist müəllifi olub.
Kopyalandı
