Pleyeri seçin:

Ulduz futbolçu Pol Poqbanın karyerasına ağır zərbə

29 fevral 2024 505 baxış

Fransalı məşhur futbolçu Pol Poqba 4 illik diskvalifikasiya olunub.

Buna səbəb 30 yaşlı oyunçunun antidopinq qaydalarını pozmasıdır.

Belə ki, Pol Poqbanın 2023-cü ilin sentyabrında verdiyi dopinq testi müsbət nəticələnib. Araşdırmalardan sonra oyunçunun qadağan olunan maddə qəbul etməsi təsdiqini tapıb və nəticədə onu diskvalifikasiya etmək qərarı qəbul olunub.

Yayılan məlumata görə, Polun 2026-cı ilədək müqavilə ilə məxsus olduğu “Yuventus” klubu bu hadisədən sonra onunla sözləşməyə xitam verməyə hazırlaşır.

Qeyd edək ki, son illərdə zədələrdən əziyyət çəkən Pol Poqba 2022-ci ildən Turin təmsilçisində çıxış edirdi. Daha əvvəl 2012-2016-cı illərdə də “qoca sinyora”nın şərəfini qoruyan yarımmüdafiəçi karyerası ərzində A Seriyasında 4, İtaliya Kubokunda 2, Super Kubokunda isə 3 dəfə qalib gəlib.

Bir müddət “Mançester Yunayted”də də top qovan Pol Poqba 2 dəfə İngiltərə Liqa Kubokunu qazanmaqla yanaşı, 2017-ci ildə Avropa Liqasında qalibiyyətə sevinib. 2013-cü ildən çağırıldığı Fransa millisində 91 matçda 11 qol vuran Pol 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında, 2021-ci ildə isə Millətlər Liqasında fəxri mükafata yiyələnib.

Banner
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 505 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 505 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 505 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 505 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 505 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 505 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 505 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 505 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 505 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 505 baxış
Seçilmişlər
icon