Vəli İsrafilov Paralimpiya Oyunlarında bürünc medal qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı paraüzgüçü Vəli İsrafilov Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
100 metr məsafəyə brass üsulu ilə üzmədə qüvvəsini sınayan idmançımız finişə 3-cü çatıb. Bununla da Vəli İsrafilov Parisdə keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, Tokio-2020 Paralimpiadasının da qalibi olan Vəli İsrafilov həm də dünya və Avropa çempionudur.
Xatırladaq ki, avqustun 28-i başlayan 17-ci Paralimpiya Oyunlarında paraatletlərimizdən Lamiyə Vəliyeva və Səid Nəcəfzadə ilə yanaşı, parataekvondoçu İmaməddin Xəlilov turnirin qalibi olub. Digər parataekvondoçu Sabir Zeynalov Fransa paytaxtında fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Üzgüçümüz Raman Saley isə gümüş və bürünc mükafatların sahibi olub.
