Pleyeri seçin:

WBC çempionu Tayson Fyuri Frensis Nqannu ilə qarşılaşıb

29 oktyabr 2023 453 baxış

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində peşəkar boks gecəsi keçirilib.

Əsas döyüş WBC versiyası üzrə çempion, britaniyalı məşhur boksçu Tayson Fyuri və sabiq UFC çempionu kamerunlu Frensis Nqannu arasında olub.

WBC-nin xüsusi kəməri uğrunda baş tutan görüş T.Fyuri üçün çətin alınıb. Peşəkar boksda debüt edən F.Nqannu 3-cü raundda Taysonu nokdauna göndərib.

Frensis qarşılaşma ərzində də inamlı təsir bağışlasa da, yekunda qələbəni T.Fyuri bayram edib. Belə ki, hakimlərdən 2-si qalibiyyəti Taysona, 1-i isə kamerun boksçusuna verib. Beləliklə, karyerasında 35-ci döyüşə qatılan Tayson Fyuri 34-cü qələbəsini qazanıb.

Qeyd edək ki, F.Nqannu ilə görüşdən sonra T.Fyuri və IBO versiyası üzrə dünya çempionu, ukraynalı Aleksandr Usik arasında baxış dueli olub. Daha əvvəl bu idmançılar arasında görüşün keçirilməsi nəzərdə tutulsa da, müxtəlif səbəblərdən döyüşün təşkili təxirə salınıb. 

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 453 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 453 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 453 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 453 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 453 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 453 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 453 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 453 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 453 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 453 baxış
Seçilmişlər
icon