Xetaq Qazyumov Avropa çempionatı üçün hazırlığı dəyərləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
“Ötən il millimiz komanda hesabında 1-ci oldu və bu uğuru təkrarlamaq nə qədər çətin olsa da, biz əlimizdən gələni edəcəyik”.
Bu sözləri sərbəst güləş üzrə millimizin baş məşqçisi Xetaq Qazyumov jurnalistlərə açıqlamasında deyib.
“Milliyə yeni təyin olunduğumdan hələ ki ancaq 2 toplanışımız baş tutub. Buna görə də, idmançıların fiziki vəziyyəti barədə tam olaraq dəqiq bir şey deyə bilmərəm. Daha çox məlumatlı olmağım üçün bir neçə aylıq hazırlıq mərhələsi tələb olunur. Ancaq ümumən komanda yaxşı vəziyyətdədir”, – deyə o bildirib.
X.Qazyumovun sözlərinə görə, bu turnirə yollanan güləşçilərimiz müxtəlif yarışlarda özlərini ən yaxşı tərəfdən göstəriblər və Avropa çempionatına yollanmağa layiqdirlər. “Ümumən bizim üçün ən əsası lisenziya xarakterli Dünya Çempionatı və Olimpiya Oyunlarıdır”, – deyə baş məşqçi vurğulayıb.
