XXI əsrin bombardirlərinin siyahısı hazırlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 21-ci əsrdə ölkə çempionatlarında ən çox qol vuran oyunçuların siyahısını hazırlayıb.
200 top göstəricisinə çatan futbolçuların yer aldığı sıralamaya Kriştiano Ronaldo başçılıq edir. “Əl-Nəsr”in hücumçusu karyerası ərzində milli çempionatlarda 498 dəfə rəqib qapılarına yol tapıb.
2-ci pillədə Lionel Messi qərarlaşıb. Leo La liqa və Liqa 1-də ümumilikdə 487 dəfə fərqlənib. İlk 3-lüyü İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç qapayır. Müqavilə ilə “Milan”a məxsus olan veteran hücumçu 393 qolun müəllifidir.
21-ci əsrin digər məşhur hücumçuları Luis Suares və Robert Levandovski isə 4-cü, 5-ci yerləri bölüşdürürlər. Uruqvaylı forvard çempionatlarda 364, Robert isə 357 qol vurub.
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV
- İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- Ölüm təhdidi alan hakim yenidən derbiyə təyinat aldı | Yeni idman xəbərləri
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
