XXI əsrin ən yaxşı futbolçularının adına aydınlıq gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
XXI əsrin ən yaxşı futbolçularının siyahısı açıqlanıb.
Bununla bağlı cədvəli məşhur idman nəşri ESPN müəyyənləşdirib.
Siyahının ilk pilləsində dünya futbolunun əsas ulduzlarından, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi qərarlaşıb. İkinci yer Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldoya məxsusdur. İlk üçlüyü “Arsenal” və “Barselona”nın sabiq üzvü Tyerri Anri qapayır.
Maraqlıdır ki, dünya futbolunun ulduzlarından daha biri, hazırda “Əl-Hilal”da top qovan Neymar siyahının 20-ci pilləsində yer alıb.
Qeyd edək ki, XXI əsrin ən yaxşısı seçilən Lionel Messi 2023-cü ildən “İnter Mayami”nin şərəfini qoruyur. 37 yaşlı oyunçu burada keçirdiyi 29 matçda 25 qola imza atıb. 2005-ci ildən Argentina yığmasına da çağırılan Leo 187 oyunda 109 qola imza atıb. Forvard “albiseleste” ilə Dünya Çempionatı və Amerika Kubokunda da qalib gəlib.
#Lionel Messi teqi istifadə olunub
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
- “Elite Polo Club” “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi oldu
- Messi son qərarını verdi | Ulduz futbolçu əməliyyat olundu | Yeni idman xəbərləri - Baku TV
- Trampdan FIFA-ya xəbərdarlıq: "Böyük səhvdir!" | Yeni idman xəbərləri - Baku TV
- Lionel Messinin atası dünyasını dəyişib - Baku TV
