Pleyeri seçin:

Yarım ağır çəkidə mütləq dünya çempionu məlum oldu

13 oktyabr 2024 506 baxış

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yarım ağır çəkidə boks üzrə mütləq dünya çempionu müəyyənləşib.

Həlledici görüşdə rusiyalı dəri əlcək ustaları Artur Beterbiyev və Dmitri Bivol üz-üzə gəlib.

Döyüşün əvvəli kəşfiyyat xarakterli olub. Burada Dmitri Bivolun cüzi üstünlüyü müşahidə olunub. Lakin döyüşün ortalarına yaxın A.Beterbiyev təşəbbüsü əlinə almağı bacarıb. Çempionluq raundları gərgin keçib və mübarizə 12 raund davam edib. Bundan sonra hakimlər A.Beterbiyevin xeyrinə qərar veriblər.

Beləliklə, rəqibinə qalib gələn Artur Beterbiyev Rusiyadan olan ilk mütləq dünya çempionu olub.

Dmitri Bivol titul uğrunda döyüşdə həmyerlisi Artur Beterbiyevə uduzduqdan sonra revanş haqda danışıb.

“Əlbəttə, belə bir şans olarsa, mən revanş oyunu istəyirəm. Şübhəsiz, çempion olmaq istəyirəm”, – deyə D.Bivol döyüşdən sonra fikirlərini bölüşüb. Qalib gələn A.Beterbiyev də final döyüşü barədə danışıb.

“Yaxşı bir zərbə vurmaq istədim, amma bacarmadım. Bircə dənə imza zərbəsi vurmaq mümkün olmadı. Bu gün daha şanslı idim. Mən çox sadə boksçuyam. Mənim kimi minlərlə var”, – deyən A.Beterbiyev Dmitri Bivolun revanş məsələsinə də toxunub.

“Əgər qisas almaq istəyirsə, deməli, biz hazırıq. Hər şey üçün təşəkkür edirəm, Səudiyyə Ərəbistanı”, – deyə A.Beterbiyev döyüşdən sonra əlavə edib.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 506 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 506 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 506 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 506 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 506 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 506 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 506 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 506 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 506 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 506 baxış
Seçilmişlər
icon