Pleyeri seçin:

Yay ərzində transferlərə ən çox pul xərcləyən klubların siyahısı

06 sentyabr 2023 393 baxış

Dünyaca məşhur “transfermarkt” portalı yay keçid dövrü ərzində ən çox pul xərcləyən klubların siyahısını tərtib edib.

Sıralamaya son vaxtlar bahalı transferlərlə diqqət çəkən “Çelsi” başçılıq edir. İngiltərə təmsilçisi ötən yay ərzində 464,1 milyon avro xərcləyib.

“Zadəganlar”ın yeni futbolçuları arasında ekvadorlu Moyses Kaysedonun keçidi xüsusilə diqqət çəkir. London komandası 21 yaşlı dayaq yarımmüdafiəçisinə görə “Brayton”a 116 milyon avro ödəyib. Ən çox pul xərcləyən komandaların siyahısında 2-ci pillədə 353,1 milyon avro ilə “Əl-Hilal” qərarlaşıb. 90 milyon avroya Neymarı heyətinə qatan Səudiyyə Ərəbistanı klubu Malkom, Ruben Neveş, Aleksandar Mitroviç, Sergey Milinkoviç-Saviç kimi tanınmış futbolçularla da müqavilə bağlayıb.

Geridə qalan yay ərzində transferlər üçün ən çox ödəniş edən 3-cü klub isə “Pari Sen-Jermen”dir. Keçid dövrünün son saatlarında 95 milyon avroya Randal Kolo Muanini transfer edən Fransa nəhəngi Usman Dembele, Lüka Ernandes kimi oyunçuları da heyətinə cəlb edib.

Qeyd edək ki, ötən 3 ay ərzində ən çox pul xərcləyən klubların ilk 10-luğunda İngiltərənin “Tottenhem”, “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”, eləcə də Səudiyyə Ərəbistanının “Əl-Əhli” və “Əl-Nəsr” kollektivləri də var.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 393 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 393 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 393 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 393 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 393 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 393 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 393 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 393 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 393 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 393 baxış
Seçilmişlər
icon