Pleyeri seçin:
Yeniyetmə cüdoçularımız bir gündə 5 medal qazanıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yeniyetmə cüdoçularımız Avropa kuboku turnirində uğurla çıxış edirlər.
Polşada keçirilən yarışda qüvvəsini sınayan idmançılarımız yarışın ilk günündə 5 medal qazanıblar.
Təmsilçilərimizdən 48 kq-da yer alan Vüsalə Hacızadə bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olub. Daha bir nümayəndəmiz – 52 kq-da mübarizə aparan Xədicə Qədəşova isə gümüş medala yiyələnib.
Oğlanların yarışında da idmançılarımız uğurlu nəticələrə imza atıblar. Cüdoçularımızdan Əhməd Rüstəmov və Məhəmməd Məmişov 50, Cəsur İbadlı isə 66 kq çəkidə bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, Avropa kuboku turnirinə mayın 21-də yekun vurulacaq.
Kopyalandı
#Cüdo teqi istifadə olunub
- Azərbaycan millisi qarışıq komanda yarışında mübarizəni dayandırdı - Baku TV
- Cüdoçularımız necə nəticə göstərir? - Cüdo üzrə dünya çempionatında son vəziyyət - Baku TV
- Dünya çempionluğu uğrunda yarışan cüdoçular Bakı tatamisində üz-üzə gəlirlər - Baku TV
- Cüdo üzrə dünya çempionatında Əhməd Yusifov Azərbaycana qızıl medal qazandırdı - Baku TV
- Ən yüksək məvacib alan milli məşqçiləri bəlli oldu | Yeni idman xəbərləri - Baku TV
