“Zirə” klubu Konfrans Liqasında cavab matçına çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Zirə” komandası UEFA Konfrans liqasında növbəti mərhələyə yüksəlib.
Təmsilçimiz bu uğura iki oyunun yekununda Slovakiyanın “DAK-1904” klubunu üstələməklə nail olub.
Tərəflər arasında ilk qarşılaşmada 4-0 hesablı qələbə qazanan “qartallar” səfərdə keçirilən cavab matçında da qalib gəliblər.
“MOL Arena”da təşkil olunan görüşdə hesabı 25-ci dəqiqədə “Zirə”nin üzvü Rafael Utziq açıb. Lakin meydan sahibləri fasiləyədək tarazlığı bərpa ediblər. Alehandro Mendes fərqlənib. İlk yarı 1-1 hesabı ilə bitib.
56-cı dəqiqədə Romarik Yapinin birbaşa qırmızı vərəqə almasından sonra “DAK-1904” azlıqda qalıb. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Qismət Alıyev isə komandamızı yenidən irəli çıxarıb.
Qalan vaxtda başqa qol olmayıb və matçda 2-1, ümumən iki görüşün yekununda isə 6-1 hesabı ilə güclü olan “Zirə” növbəti raunda adlayıb.
Təmsilçimiz III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək. Tərəflərin ilk qarşılaşması avqustun 8-i Xorvatiyada keçiriləcək. Cavab oyunu isə avqustun 15-i Bakıda təşkil olunacaq.
#Zirə FK teqi istifadə olunub
- Zirənin baş məşqçisi Çempionlar Liqasına hazırlıqdan danışdı - Baku TV
- “Zirə” - “Payde” matçının nəticəsi necə olacaq? | Yeni idman xəbərləri
- “Arsenal” kimə görə “Nyukasl”a təklif göndərib? - Yeni idman xəbərləri
- Qəsəbə təmsilçisində müqavilə müddəti bitən oyunçularla ayrılıq yaşandı
- "Neftçi"dən matçdakı qərəzli yanaşma ilə bağlı bəyanat | Yeni idman xəbərləri - Baku TV
