Pleyeri seçin:

22 rayonda 24 aqroparkın yaradılması üçün hansı addımlar atılır?

06 fevral 2025 675 baxış

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb, 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.

Hazırda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. Bunu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov brifinqdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, 23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır.

“Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 milyard manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.

Bu günədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə Seymur Adıgözəlov vurğulayıb.

Qarabağ və Şərqi Zəngəzurda yeni dövr | "AzerGold"un İdarə Heyətinin sədrindən açıqlama - Baku TV

Qarabağ və Şərqi Zəngəzurda yeni dövr | "AzerGold"un İdarə Heyətinin sədrindən açıqlama - Baku TV

İqtisadiyyat
24 sentyabr 2026 675 baxış
Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV

Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV

İqtisadiyyat
24 sentyabr 2026 675 baxış
Azərbaycanın enerji təhlükəsizliyi yeni sınaq qarşısında - AKTUAL GÜNDƏM

Azərbaycanın enerji təhlükəsizliyi yeni sınaq qarşısında - AKTUAL GÜNDƏM

İqtisadiyyat
24 sentyabr 2026 675 baxış
SOCAR-ın 10 faizlik pay əldə etdiyi "Baleine" layihəsi hansı xüsusiyyətləri ilə seçilir? - Baku TV

SOCAR-ın 10 faizlik pay əldə etdiyi "Baleine" layihəsi hansı xüsusiyyətləri ilə seçilir? - Baku TV

İqtisadiyyat
24 sentyabr 2026 675 baxış
"Fitch" SOCAR-ın müstəqil kredit profilini bir pillə artıraraq "bb" səviyyəsinə çatdırıb - Baku TV

"Fitch" SOCAR-ın müstəqil kredit profilini bir pillə artıraraq "bb" səviyyəsinə çatdırıb - Baku TV

İqtisadiyyat
24 sentyabr 2026 675 baxış
Neftçilər Günü münasibətilə keçirilən tədbirdə hansı mühüm məqamlar diqqət çəkdi? - Baku TV

Neftçilər Günü münasibətilə keçirilən tədbirdə hansı mühüm məqamlar diqqət çəkdi? - Baku TV

İqtisadiyyat
23 sentyabr 2026 675 baxış
Gəlir vergisi dəyişir | İşçilərin bilməli olduğu əsas məqamlar nələrdir? - Baku TV

Gəlir vergisi dəyişir | İşçilərin bilməli olduğu əsas məqamlar nələrdir? - Baku TV

İqtisadiyyat
23 sentyabr 2026 675 baxış
Gəlir vergisi dəyişir: Yeni dərəcələr açıqlandı - Baku TV

Gəlir vergisi dəyişir: Yeni dərəcələr açıqlandı - Baku TV

İqtisadiyyat
23 sentyabr 2026 675 baxış
Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV

Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV

İqtisadiyyat
22 sentyabr 2026 675 baxış
Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV

Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV

İqtisadiyyat
22 sentyabr 2026 675 baxış
Seçilmişlər
icon