“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın "Kompleks qazma işləri" tresti ilə "Bahar Energy Operating Company" arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Qurumdan verilən məlumata görə, sənəd iki şirkət arasında tərəfdaşlığın qurulmasını nəzərdə tutur.
Memorandum çərçivəsində "Kompleks qazma işləri" trestinin geniş qazma və texniki təcrübəsinin Xəzərin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum-dəniz" yataqlarında tətbiqi imkanları araşdırılacaq.
Qeyd edək ki, SOCAR və "Bahar Energy Limited" 2009-cu ilin dekabrın 22-də "Bahar" və "Qum-dəniz" yataqlar bloku üzrə kəşfiyyat, reabilitasiya, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar. Sazişə əsasən, layihədə "Bahar Energy Limited"in payı 80 faiz, SOCAR-ın payı isə 20 faiz təşkil edir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
