BANM Özbəkistana ali təhsil proqramlarının ixracını genişləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Buxara Mühəndislik - Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova ilə görüşüb.
Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramı layihələrinin reallaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Qeyd olunub ki, proqramla bağlı qərar Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının Şuşada keçirilən iclasında verilib. Həmçinin SOCAR və “Uzbekneftegaz” arasında kadr hazırlığı üzrə imzalanan Anlaşma Memorandumunda bu məqam nəzərdə tutulub.
Bu əməkdaşlıqların Azərbaycan ali təhsil sistemində bir ilk olduğu və ölkəmizin ali təhsil proqramlarının xarici ölkəyə ödənişli əsasda ixracına xidmət edəcəyi diqqətə çatdırılıb.
Sənədə əsasən, tələbələr təhsilin birinci ilini Buxara Mühəndislik-Texnoloji İnstitutunda, ikinci ilini Bakı Ali Neft Məktəbində alacaqlar.
Diplom müdafiəsi isə Bakı Ali Neft Məktəbində olacaq. Yekunda onlar hər iki ali təhsil ocağının diplomunu əldə edəcəklər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
