Pleyeri seçin:

Behi necə geri almaq və ya qaytarmaq olar? | Hüquqşünasdan mühüm açıqlama

27 iyun 2025 817 baxış

Məhsulların alqı-satqısında və xidmətlərin göstərilməsində behdən geniş istifadə olunur.

Belə ki, beh bir növ tərəfləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə sövq edir. Bu baxımdan behin öhdəliklərin təminatı rolunu oynadığını desək, yanılmarıq. Lakin müəyyən hallar olur ki, beh ödənilsə də, tərəflərdən biri öhdəliyi icra etmir.

Hüquqşünas Hikmət Əliyev deyir ki, bu halda vəziyyət öhdəliyin kim tərəfindən pozulmasından asılı olaraq dəyişir. Bir şərtlə ki, beh haqqında yazılı razılaşma olsun.

“Alıcı müqavilədən əsassız imtina edərsə, beh satıcıda qalır. Satıcı müqaviləyə əməl etməzsə, behi ikiqat qaytarmalıdır. Müqavilə şərtlərinə əməl olunduğu halda isə beh ödənilmiş ümumi qiymətə daxil edilir. Beh haqqında razılaşma mütləq yazılı şəkildə bağlanmalıdır”, − hüquqşünas bildirib.

Mülki Məcəlləyə görə, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda notariat qaydasında təsdiq edilməlidir. Məcəllənin 491.3-cü maddəsinə görə isə ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən beh haqqında müqavilə bağlanmadıqda vəsait avans kimi ödənilmiş sayılır.

Hikmət Əliyevin sözlərinə görə, avansın behdən əsas fərqi təminat funksiyası daşımamasıdır.

“Avans müqavilənin icrası üçün əvvəlcədən verilən ödənişdir. Əgər müqavilə ləğv edilərsə, avans tam şəkildə geri qaytarılmalıdır”, − o əlavə edib.

Odur ki, beh məqsədilə ödənilən vəsaitlə bağlı müqavilə bağlanmayıbsa, tərəflər ödənişi olduğu məbləğdə geri ala və ya qaytara bilərlər.

Banner
SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 817 baxış
Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

İqtisadiyyat
10 noyabr 2026 817 baxış
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 817 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 817 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 817 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 817 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 817 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 817 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 817 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 817 baxış
Seçilmişlər
icon