Pleyeri seçin:

Borclanmanın artması hansı riskləri yarada bilər? - Baku TV

11 oktyabr 2026 17 baxış

Son illər mənzil bazarında sürətli bahalaşmaya baxmayaraq, yaşayış sahələrinə tələbat azalmır.

Məsələ ondadır ki, mənzil yalnız yaşayış ehtiyacını ödəyən vasitə deyil, həm də investisiya alətidir. Son illərdə daşınmaz əmlakın investisiya vasitəsi kimi rolu xeyli artıb.

Bu arada, bankların ipoteka kreditləri portfeli də artaraq sentyabrın əvvəlinə 4 milyard 740 milyon manata çatıb.

Digər tərəfdən, İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizmi üzrə müraciətlərin çoxluğunu nəzərə alaraq onların qəbulunu müvəqqəti dayandırıb.

Bəs mənzilə tələbatın artması fonunda borclanmanın genişlənməsi hansı riskləri yarada bilər?

İqtisadçı Eyyub Kərimli bildirib ki, ipoteka kreditləşməsinin həcminin artması mənzil bazarında tələbi kəskin şəkildə yüksəldir. Bu isə öz növbəsində tələbatı ödəmək üçün kifayət qədər mənzil fondunun olmamasına və qiymətlərin daha da artmasına səbəb olur.

“Beynəlxalq təcrübədə də belə halların mənzil bazarında ciddi böhran yaratdığına rast gəlinir. Bu həmçinin maliyyə və bank sisteminə mənfi təsir göstərir. Belə ki, problemli kreditlərin sayı və ipoteka kreditləşməsinin həcmi artaraq ümumilikdə böhran vəziyyətinə səbəb ola bilər”, – deyə iqtisadçı bildirib.

Eyyub Kərimli bu risklərin qarşısını almaq üçün ipoteka kreditləşməsinin tənzimlənməsini və iqtisadi sinif mənzillərin tikintisinin artırılmasını təklif edir.

İqtisadçının fikrincə, bu tədbirlər daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsinə və bazarda tarazlığın yaranmasına şərait yarada bilər.

Banner
Əhalinin nəzərinə | Pensiya ilə bağlı yeniliklər nələr olacaq? - Baku TV CANLI

Əhalinin nəzərinə | Pensiya ilə bağlı yeniliklər nələr olacaq? - Baku TV CANLI

İqtisadiyyat
10 oktyabr 2026 17 baxış
Pul kütləsindəki artımın iqtisadiyyata təsirləri | Daşınmaz əmlaklarda bahalaşmanın səbəbi - Baku TV

Pul kütləsindəki artımın iqtisadiyyata təsirləri | Daşınmaz əmlaklarda bahalaşmanın səbəbi - Baku TV

İqtisadiyyat
09 oktyabr 2026 17 baxış
"Müqaviləni 15-20 ilədək uzatmağa hazırıq" | SOCAR-la əməkdaşlıqda yeni mərhələ - Baku TV

"Müqaviləni 15-20 ilədək uzatmağa hazırıq" | SOCAR-la əməkdaşlıqda yeni mərhələ - Baku TV

İqtisadiyyat
09 oktyabr 2026 17 baxış
SOCAR və bp Özbəkistanda yeni kəşfiyyat imkanlarını qiymətləndirir - Baku TV

SOCAR və bp Özbəkistanda yeni kəşfiyyat imkanlarını qiymətləndirir - Baku TV

İqtisadiyyat
09 oktyabr 2026 17 baxış
"Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV

"Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV

İqtisadiyyat
08 oktyabr 2026 17 baxış
"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV

"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 17 baxış
Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 17 baxış
Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 17 baxış
SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 17 baxış
Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 17 baxış
Seçilmişlər
icon