Pleyeri seçin:

Bu həcmlərin nə qədər olacağı SOCAR-dan asılıdır | Rəşad Hüseynli detalları açıqladı

18 sentyabr 2024 419 baxış

“Almaniyanın “Uniper” şirkəti Azərbaycandan əlavə həcmdə qaz almağa maraqlıdır və indiki 1,5 milyard kubmetri iki dəfə artırmaq imkanına malikdir”.

Bu sözləri “Uniper”in Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti ilə “Uniper” şirkəti arasında danışıqlar davam edir.

“Biz əlavə həcmdə qaz almaq istərdik, lakin müzakirə prosesi davam etdiyi üçün detalları açıqlaya bilmərəm. Bu həcmlərin nə qədər olacağı SOCAR-dan, yəni onun imkanlarından asılıdır, Azərbaycanın ixrac infrastrukturu və yataqlarının imkanları nəzərdə tutulur. Lakin yataqlarla bağlı heç bir problem görmürəm, əsas məsələ infrastruktur və onun genişləndirilməsi ilə bağlıdır.

Bunun üçün SOCAR-ın xüsusilə Avropa İttifaqının dəstəyinə ehtiyacı var. Avropa maliyyə strukturları isə əsas diqqəti “yaşıl gündəliyə” yönəldib və karbon layihələrinin maliyyələşdirilməsini prestijli hesab etmir. Bununla belə, biz Azərbaycandan qaz alışının həcmini artırmaq niyyətindəyik və bu həcmlər olarsa, almağa hazırıq”, – o qeyd edib.

Rəşad Hüseynli bildirib ki, Avropanın qaza tələbatı çox böyükdür.

“Hazırda biz 1,5 milyard kubmetr qazı “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində alırıq və hazırkı həcmi iki dəfə artıra bilərik. “Uniper” Azərbaycanın və bütövlükdə Xəzər regionunun qaz bazarında maraqlıdır”, – o əlavə edib.

Banner
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 419 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 419 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 419 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 419 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 419 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 419 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 419 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 419 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 419 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 419 baxış
Seçilmişlər
icon